Aftandil Hacıyev: “Oyunlar onu göstərir ki, çempionat gərgin keçəcək”

“Səbail” PFK-nın baş məşqçisi Aftandil Hacıyev Premyer Liqanın XV turu çərçivəsində baş tutan “Səbail”-“Sumqayıt” (1:1) oyun sonrası mətbuat konfransında fikirlərini açıqlayıb.

“Bu gün həqiqətən də maraqlı oyun alındı. Əsasən də ilk hissədə hər iki komanda sürətli və dinamik oyun nümayiş etdirdi. İlk hissədə qol vursaq da, ikinci hissədə rəqibin gözlənilməz qolu ilə hesab bərabərləşdi. Qələbəyə layiq oyun göstərsək də, 1 xal qazandıq. Təəssüf ki, qalib gələ bilmədik. Oyunlar göstərir ki, çempionat gərgin keçəcək.

Futbolçularımın oyuna yanaşmalarından razı qaldım. Bizim üçün hər oyun və hər xal önəmlidir. “Sumqayıt”a uğurlar arzulayıram. Futbolçularımı isə təbrik edirəm”.

Leave a comment

SabailFC © 2022. All Rights Reserved.