Aftandil Hacıyev: “ Hər hansı futbolçu olmayanda oyunumuza təsir edir”

“Səbail” PFK-nın baş məşqçisi Aftandil Hacıyev Premyer Liqanın XVI turu çərçivəsində baş tutan “Qəbələ”-“Səbail” (2:0) oyun sonrası mətbuat konfransında fikirlərini açıqlayıb.

“Oyun haqda danışılası çox şey yoxdur. Maraqlı matç keçdi. İlk hissədə müəyyən boşluqlar verdik. Rəqibin heyətində hər an oyunu üzərinə götürə bilən oyunçular var. Fasiləyə kimi oyunun heç-hecə davam edəcəyini gözləmirdim. Fasilədən sonra futbolçularımın diqqəti daha da artdı. Bəzi futbolçuların istəksiz olmağı, sona kimi mübarizə aparmamağı məni təəccübləndirdi. Bu, bizi narahat edir. Səbəbin nə olduğunu bilmirəm.

Oyuna gəldikdə yalnız ikinci hissənin ilk 20 dəqiqəsi məni razı sala bilər. Təbii ki, itkilərimiz də var. Onsuz da heyətimiz geniş deyil.Hər hansı futbolçu olmayanda oyunumuza təsir edir. Şimkus, Rayselin olmamağı oyunumuzu bir qədər geri salır. “Qəbələ”də oynamaq çətindir. Komandalar nadir hallarda buradan xalla ayrıla bilir. Çalışacağıq ki, hər oyunda xal aktivimizi artıraq. Bu gün alınmadı. “Qəbələ”ni təbrik etmək lazımdır. Həqiqətən də layiqli qələbə qazandılar”

Leave a comment

SabailFC © 2022. All Rights Reserved.