Aftandil Hacıyev: “Çalışacağıq cavab oyununda layiqli mübarizə aparaq”

“Səbail” PFK-nın baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Kubokunda 1/4 final mərhələsinin “Zirə” klubu ilə ilk oyunundan sonra keçirilən mətbuat konfransında fikirlərini bildirib.

“Fasilədən sonra futbolçular üçün ilk oyun ağır keçir. Son həftədə xəstələnən futbolçularımız oldu. Bu da oyunumuza təsir etdi. Nikolas Rayseli də fasilədə ayağında ağrı hiss etdiyi üçün məcburi əvəzlədik. Qol epizodları baxımından rəqibdən geri qalmadığımızı düşünürəm. Amma “Zirə”nin ustalığı və təcrübəsi öz sözünü dedi. Kubokda cavab matçları da önəmlidir. Az da olsa, şansımız qalır. Futbolçular üçün çox çətindir. Heyətimiz də geniş deyil. Buna baxmayaraq, çalışacağıq cavab oyununda layiqli mübarizə aparaq. Qısa vaxtda bərpa olunub çempionat matçına hazırlaşmalıyıq”.

Leave a comment

SabailFC © 2022. All Rights Reserved.