“Səbail”in sonuncu yoxlama oyunu qollu heç-heçə ilə bitdi

“Səbail” təlim-məşq toplanışı çərçiəsində sonuncu sınaq matçını keçirib. Komandamız Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında “Keşlə” komandası ilə qarşılaşıb. Oyun 1:1 hesabı ilə yekunlaşıb. Qollu heç-heçə ilə bitən matçın 10-cu dəqiqəsində Əfran İsmayılov fərqlənib.

Qeyd edək ki, “Səbail” təlim-məşq toplanışı çərçivəsində 4 yoxlama oyunu keçirib. Oyunlar iki heç-heçə (“Səbail”-“Qarabağ-2” (0:0), “Səbail”-“Keşlə” (1:1)), bir qələbə (“Səbail”-“MOİK” (3:1)), bir məğlubiyyət (“Səbail”-“Keşlə” (2:0)) yekunlaşıb.

Leave a comment

SabailFC © 2022. All Rights Reserved.