“Səbail” yoxlama oyununda “MOİK” üzərində qələbə qazandı

“Səbail” təlim-məşq toplanışı çərçiəsində üçüncü sınaq matçını keçirib. Komandamız “Dalğa Arena”da “MOİK” ilə qarşılaşıb. Oyun “Dənizçilər”in 3:1 hesablı qələbəsi ilə başa çatıb. 19-cu dəqiqədə Cavid Tağıyev, 28-ci dəqiqədə Ruslan Hacıyev, 58-ci dəqiqədə isə Camal Araqo fərqlənərək, hesabı 3-ə çatdırıb.

Qeyd edək ki, komandamız yanvarın 24-ü toplanış çərçivəsində son yoxlama oyununu keçirəcək. Rəqibimiz “Keşlə” komandası olacaq.

Leave a comment

SabailFC © 2022. All Rights Reserved.