1990-cı il 20 Yanvar hadisələrinin xalqımızın tarixinə Qanlı Yanvar kimi yazılmasından 32 il ötür. Klub nümayəndələri, “Səbail-2” komandasının və “Səbail” Futbol Akademiyasının üzvləri Şəhidlər Xiyabanını ziyarət edərək, Qanlı Yanvar şəhidlərinin əziz xatirəsini ehtiramla yad edib, məzarlar önünə gül qoyublar.
Allah rəhmət eləsin!