“Səbail” PFK-nın qış hazırlıq planı müəyyənləşdi

“Səbail” PFK 2021/22-ci illər mövsümünün ikinci yarısının hazırlığına yanvarın 5-də start verib. Hazırlığın ilk mərhələsi yanvarın 5-dən 10-dək “ASCO Arena”da baş tutacaq. İkinci mərhələ isə yanvarın 10-dan 22-dək “Dalğa Arena”da davam edəcək. Bu müddət ərzində “Dənizçilər” dörd yoxlama görüşü keçirməyi planlaşdırır.

“Səbail” PFK yanvarın 14-ü “Qarabağ-2”, yanvarın 18-i və 24-ü “Keşlə”, yanvarın 21-i isə “MOİK” komandaları ilə qarşılaşacaq.

Leave a comment

SabailFC © 2022. All Rights Reserved.