“Səbail” təlim-məşq toplanışı çərçiəsində ikinci sınaq matçını keçirib. Komandamız “Dalğa Arena”da “Keşlə” komandası ilə qarşılaşıb. Oyun qonaqların 0:2 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, komandamız toplanış çərçivəsində daha iki yoxlama oyunu keçirməyi planlaşdırır. “Dənizçilər” yanvarın 18-də “MOİK”, yanvarın 24-də isə yenidən “Keşlə” komandası ilə qarşılaşacaq.