Kamran Ağayev futbolçu karyerasını bitirib

Kamran Ağayev futbolçu karyerasını bitirib. O, AFFA-nın təklifi ilə qapıçı məşqçiləri üçün təşkil olunan müxtəlif kurslarda iştirak edəcək və milli komandalarda qapıçı məşqçisi kimi fəaliyyət göstərəcək.

“Səbail” PFK qolkiperə klubun kollektivi adından təşəkkür edir və məşqçilik karyerasında uğurlar arzulayır!

Qeyd edək ki, 2020/2021 və 2021/2022-ci illər mövsümü ərzində “Dənizçilər”in formasını geyinən qolkiper 12 oyunda meydana çıxıb. Ağayev karyerası ərzində Türkiyə, Portuqaliya, Çexiya klublarında çıxış edib və Azərbaycan milli komandasının heyətində 79 oyun keçirib.

Leave a comment

SabailFC © 2022. All Rights Reserved.