Vüqar Məmməd: “İlk qolu buraxdıqdan sonra toparlanmaq çətin oldu”

“Səbail” PFK-nın məşqçisi Vüqar Məmməd Premyer Liqanın XIV turunda qarşılaşan “Səbail”-“Sabah” (0:3) oyun sonrası mətbuat konfransında fikirlərini açıqlayıb.

“İlk qolu buraxdıqdan sonra toparlanmaq çətin oldu. Əlbəttə ki, yaxşı əhval-ruhiyyədə fasiləyə ayrılmaq istəyirdik. Həmin qoldan sonra oyunun gedişatında müəyyən dəyişikliklər etməyə çalışdıq ki, üstünlüyü ələ alaq. Təəssüflər olsun ki, ikinci hissə başlayanda qapımızda daha bir qol gördük. Bu oyuna yaxşı hazırlaşmışdıq. Lakin, ciddi itkilərimiz var idi. Zədə səbəbindən bu gün oyunda iştirak edə bilmədilər. “Sabah”ı təbrik edirəm, layiqli qələbə qazandılar”.

Leave a comment

SabailFC © 2022. All Rights Reserved.