Azərbaycan Kubokunda 2021/22-ci illər mövsümünə start verilib. “Səbail” 1/8 finalda “Zaqatala” ilə qarşılaşıb. I divizion təmsilçisi ilə qarşılaşma səfərdə baş tutub.
“Səbail” PFK “Zaqatala” komandası üzərində əzmkar qələbə qazanaraq,1/4 final mərhələsinə yüksəlib. Oyun 1:3 hesabı ilə yekunlaşıb. Əfran İsmayılov 76-cı dəqiqədə (pen), Mirsayib Abbasov isə dubl edərək, 50 və 90-cı dəqiqələrdə vurduğu qollarla hesabı üçə çatdırıb.
Qeyd edək ki, komandamız növbəti turda “Zirə” ilə qarşılaşacaq. İlk oyun 2 fevralda, cavab görüşü isə13 fevralda baş tutacaq.