Aftandil Hacıyev qələbəni şərh etdi

“Səbail” PFK-nın baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Kubokunun 1/8 final mərhələsində qarşılaşan “Zaqatala”-“Səbail” (1:3) oyunu barədə fikirlərini açıqlayıb.

“Ötən il olduğu kimi, rəqibimiz yenə də “Zaqatala” idi. Ötən ildə də bizə çətin anlar yaşatmışdılar. Bu gün də meydanda bərabər mübarizə izlədik. Futbolçuların bəzi epizodlarda yorğunluqla əlaqədar oyundan qopduqları hiss olunurdu. Qələbə münasibəti ilə futbolçuları təbrik edirəm. Nəticədən razı olsam da, oyundan narazıyam. İstədiyimiz oyunu sərgiləyə bilmədik. Bizim üçün çətin qarşılaşma oldu. İstəkli komandaya qarşı mübarizə apardıq. Önəmli olan qələbə qazanmaqdır. Hər səhv bizə baha-başa gələ bilərdi. Bir gün əvvəl məşq də etməmişik. Bunlar futbolçular üçün çətin olub. Artıq “Sabah”la çempionat görüşünə hazırlaşacağıq. İli qələbə ilə başa vurmaq istəyirik. Zaqatalaya bir gün əvvəl gəlmişik və uzun yol qət etmişik.

İlk yarıda əzələsindən xəsarət alan Nikolas Rayselin meydandan çıxması oyuna təsir etdi. Zaqatala”ya uğurlar arzulayıram. Bu komanda Premyer Liqada oynamağa layiqdir. İnanıram ki, bölgələrə futbol həyəcanı yenidən qayıdacaq”.

Leave a comment

SabailFC © 2022. All Rights Reserved.