Əfran İsmayılov: “Əks təqdirdə, digər komandalarla aramızdakı xal fərqi çoxalacaq”

“Səbail” PFK-nın yarımmüdafiəçisi Əfran İsmayılov klubun rəsmi saytına müsahibə verib. İsmayılov Premyer Liqanın XIII turunda səfərdə qarşılaşacaqları “Keşlə” ilə oyun barədə fikirlərini açıqlayıb.

  • Sonuncu dəfə Premyer Liqanın VIII turunda (25.10.2021) “Qarabağ” üzərində 1:0 hesablı qələbə qazanmısınız. Sizcə, növbəti oyun məğlubiyyət seriyası qırılacaq?

Növbəti oyunda çalışacağıq ki, uğursuzluq seriyasını qıraq. “Keşlə” xal baxımından bizə yaxın olan rəqibdir. Bu oyunda xal qazanmalıyıq. Əks təqdirdə, digər komandalarla aramızdakı xal fərqi çoxalacaq. Maksimumu etməyə çalışacağıq.

  • Sabah yəni, Premyer Liqanın XIII turunda “Keşlə” komandası ilə qarşılacaqsınız. Bu oyundan gözləntiləriniz nələrdir?

Sabahkı oyun barədə ancaq qələbə haqda fikirləşirik. İddialı komandaya qarşı oynayacağımızı bilsək də, üç xalı qazanmalıyıq. Baxmayaraq ki, səfərdə oynayacıq, lakin qələbə qazanmaq üçün əlimizdən gələni edəcik.

  • “Səbail”in əsas üzvlərindən birisən. Müşahidələrinə əsasən, komandada oyunöncəsi əhval-ruhiyyə necədir?

Çətinliklərimizin və başqa klublara baxanda geridə olmağımızın fərqindəyik. Buna baxmayaraq, komandada əhval-ruhiyyə yaxşıdır. Uzun müddətdir bir-birimizi tanıyırıq, gənc futbolçular və legionerlər də komandanın ümumi ab-havasına uyğunlaşıblar. Burada baş məşqçi amilinin də xüsusi rolu var. Çalışırıq hərşey yaxşı olsun və bunu növbəti oyunumuzda da əks etdirə bilək.

  • Peşəkar futbolçu kimi hazırda “Səbail”in heyətindəki gənc futbolçulardan kimi daha perspektivli görürsünüz?

Hazırda heyətimizdə gənc futbolçular çoxdur. Hamısı da bir-birindən istedadlıdır. Mən xüsusilə, Elmir Tağıyevı vurğulamaq istəyirəm. Gələcəkdə uğurlu olacağına inanıram.

Leave a comment

SabailFC © 2022. All Rights Reserved.