Yevgeni Koçuk: “Səbail”ə sabahkı oyunda uğurlar arzulayır, qələbə qazanmalarını istəyirəm”

Üç mövsüm “Səbail”in şərəfini qoruyan yarımmüdafiəçi Yevgeni Koçuk klubun rəsmi saytına müsahibə verib. Koçuk sabah baş tutacaq “Neftçi”-“Səbail” (27.11.2021) oyunu barədə də fikirlərini bildirib.

  • “2018/19-cu illər mövsümü həm mənim, həm də komandam üçün uğurlu il oldu. Komanda çox baxımlı və keyfiyyətli oyun sərgiləyirdi.
  • “Neftçi”yə vurduğum qolun mənim üçün xüsusi əhəmiyyəti var. Əsəs səbəblərdən biri də komanda üçün ən lazımi anda vurulması idi. Nəticədə komanda həmin oyunda qələbə qazandı.
  • Bilirəm ki, mənim “Səbail”də yaxşı göstəricələrim var. “Səbail” mənim üçün doğma klubdur. Burada keçən vaxtım məndə ancaq müsbət emosiyalar yaradır.
  • “Səbail”ə sabahkı oyunda uğurlar arzulayır, qələbə qazanmalarını istəyirəm. Həmçinin, onlara Premyer Liqanın bütün oyunlarında uğurlar arzulayıram.

Qeyd edək ki, Yevgeni Koçuk 54 oyunda meydana çıxaraq, ən çox oyun keçirən 4-cü futbolçudur. 7 qol vuraraq 4-cü, 7 məhsuldar ötürmə edərək isə 2-ci yerdə qərarlaşıb.

Leave a comment

SabailFC © 2022. All Rights Reserved.