Vüqar Məmməd: “Yaranan fasilə bizim üçün komandanı toparlamaq baxımından faydalı ola bilər”

“Səbail” PFK-nın məşqçisi Vüqar Məmməd Premyer Liqanın X turu çərçivəsində baş tutan “Səbail”-“Qəbələ” (0:2) oyun sonrası mətbuat konfransında fikirlərini açıqlayıb.

“İlk olaraq xalqımızı Zəfər Günü münasibətilə təbrik edirəm. Bilirsiniz ki, “Qəbələ” təsadüfən ilk sıralarda qərarlaşmayıb. Yaxşı komandaya qarşı oynadıq. Bizim üçün çox çətin dönəm keçir. 5-6 futbolçumuz həm zədəli, həm cəzalıdır. Qarşıda milli komandaların oyunlarına görə Premyer Liqada fasilə yaranacaq. Hesab edirəm ki, bu fasilə bizim üçün komandanı toparlamaq baxımından faydalı ola bilər”.

Leave a comment

SabailFC © 2021. All Rights Reserved.