“Səbail” PFK-nın məşqçisi Vüqar Məmməd Premyer Liqanın XII turu çərçivəsində baş tutan “Neftçi”-“Səbail” (1:0) oyun sonrası mətbuat konfransında fikirlərini açıqlayıb.
“Neftçi”ni təbrik edirəm. Ağır oyun olacağını bilirdik. Rəqib 3 görüşdə məğlub olmuşdu. Bizə hər qarşılaşma çətin olur. Bacardığımız qədər yaxşı hazırlaşmaq istəyirdik. Futbolçularımız əllərindən gələni etdilər. Növbəti matçlara hazırlaşacıq”.