Vüqar Məmməd: “Bir sıra çətinliklərimiz var”

“Səbail” PFK-nın məşqçisi Vüqar Məmməd Premyer Liqanın XI turu çərçivəsində baş tutan “Zirə”-“Səbail” (3:1) oyun sonrası mətbuat konfransında fikirlərini açıqlayıb.

“Oyundan-oyuna rəqibin həm sürətli, həm də dinamik oyun nümayiş etdirdiyi görsənir. Bizə gəldikdə isə, bir sıra çətinliklərimiz var. Süni meydandan təbii meydana keçmişik, millidə olan oyunçular komandaya bir az gec qoşuldular. Bunun fonunda rəqib meydanında oynamaq çətin oldu”.

Leave a comment

SabailFC © 2021. All Rights Reserved.