“Sumqayıt”-“Səbail” yoldaşlıq oyununda qalib müəyyənləşməyib (3:3) – FOTO

Milli komandaların oyunları ilə əlaqədar Premyer Liqada yaranan fasilədən istifadə edən “Səbail” “Sumqayıt”la yoxlama oyunu keçirib. Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında baş tutan görüşdə qalib müəyyənləşməyib. Qarşılaşma 3:3 hesabı ilə başa çatıb. “Səbail”in heyətində 42-ci dəqiqədə Cavid Tağıyev, 55-ci dəqiqədə Rauf Əliyev, 82-ci dəqiqədə isə Vidadi Cəfərov fərqlənib.

 

Leave a comment

SabailFC © 2021. All Rights Reserved.