Ədilxan Qarəhmədov: “Məncə, yeni qolun vaxtı gəlib çatıb”

“Səbail” PFK-nın yarımmüdafiəçisi Ədilxan Qarəhmədov klubun rəsmi saytına açıqlama verib. Premyer Liqanın XII turunda qarşılaşacaqları “Neftçi” ilə oyun barədə fikirlərini açıqlayan yarımmüdafiəçi qələbəyə inamlı olduqlarını bildirib: “Nəticələrimiz pis olsa da, hər oyuna olduğu kimi, bu oyuna da qələbə əzmi ilə çıxacağıq. Çətin olduğunu bilsək də, həmişə bacaracağımıza inanırıq”.

Qarəhmədov 2018/19-cu il mövsümündə (24.02.2019) “Neftçi”yə səfərdə 2:1 hesabıyla qalib gəldikləri oyunda vurduğu qol barədə də fikirlərini bildirib: “Neftçi”yə vurduğum qolun karyeramda xüsusi yeri var və artıq üstündən üç il keçib. Məncə, yeni qolun vaxtı gəlib çatıb”.

Qeyd edək ki, “Neftçi”-“Səbail” matçı noyabrın 27-si “Bakcell Arena”da keçiriləcək. Qarşılaşma 18:15-də start götürəcək.

Leave a comment

SabailFC © 2021. All Rights Reserved.