Rahid Əmirquliyev mükafatlandırıldı

Ötən tur Azərbaycan çempionatında 422-ci oyununa çıxaraq mütləq rekorda imza atan Rahid Əmirquliyev mükafatlandırılıb. Premyer Liqanın VI turunun “Səbail” – “Neftçi” görüşündən öncə keçirilən mükafatlandırma mərasimində Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, “Səbail” PFK-nin Müşahidə Şurasının sədri Əbdülqəni Nurməmmədov və klubun icraçı-direktoru Fərəc Əliyev iştirak edib. Futbolçuya hədiyyələr təqdim olunaraq, gələcək karyerasında uğurlar arzulanıb!
Qeyd edək ki, Rahid Azərbaycan çempionatlarında 2003/04 mövsümündə debüt edib.

Leave a comment

SabailFC © 2021. All Rights Reserved.