Aftandil Hacıyev “Səbail”-“Neftçi” oyununu şərh etdi

“Səbail” PFK-nın baş məşqçisi Aftandil Hacıyev Premyer Liqanın VI turu çərçivəsində baş tutan “Səbail”-“Neftçi” (1:3) oyun sonrası mətbuat konfransında fikirlərini açıqlayıb.

“Oyuna yaxşı əhval-ruhiyyədə hazırlaşmışdıq. Rahid Əmirquliyevin rekord vurması hamımızı sevindirirdi. Rəqib bizi topa sahib olmada üstələdi. Buraxdığımız kuryoz qoldan sonra oyunçularda inamsızlıq yarandı. Ardıcıl neçə oyundur ki, qolu ilk buraxan tərəf biz oluruq. Belə olan halda yenidən toparlanmaq çətindir. Fasiləyə yaxın ikinci qolu qapımızda gördük.

Məndə inam var idi ki, rəqibin qapısında bir neçə qol epizodu yarada biləcəyik. 0:3 geridə olsaq da, son dəqiqədə bir qol vura bildik. “Neftçi” ilə oyunda geridönüş etmək çətindir. Sadəcə, meydanda keyfiyyətdə fərq var idi. Bəlkə də cari mövsüm “Neftçi”nin qapısında bu qədər qol epizodu yaradan ikinci komanda yoxdur. Rəqibə uğurlar arzulayıram, layiqli qələbə qazandı”.

 

Leave a comment

SabailFC © 2021. All Rights Reserved.