Aftandil Hacıyev qələbəni şərh etdi

“Səbail” PFK-nın baş məşqçisi Aftandil Hacıyev Premyer Liqanın VIII turu çərçivəsində baş tutan “Səbail”-“Qarabağ” (3:1) oyun sonrası mətbuat konfransında fikirlərini açıqlayıb.

“Çox sürətli və maraqlı görüş izlədik. Bəlkə də burada olduğum müddətdə ən yaxşı oyunumuz idi. Futbolçularımla fəxr edirəm. Matçdan öncə hamısına bildirmişdim ki, inanmaq lazımdır. Diqqətli oynayanda istənilən rəqibə qarşı mübarizə apara bilirik. Problemlər görünürdü. Heyətimizi formalaşdırmağa çalışırıq. Bu gün də sistemdə dəyişikliklər edirik.

Futbolçular bu gün həm müdafiədə, həm hücumda verilən tapşırıqları layiqincə yerinə yetirdilər. Hər iki hissədə yaxşı çıxış etdik. Hesabın 3:1 olması əbəs deyil. Rahatlaşmaq olmaz. Bu, bizə problem yarada bilər. Növbəti oyunumuz “Sumqayıt”a qarşıdır. Bərpa vaxtımız az olsa da, hazırlaşmalıyıq”. Bir daha futbolçularımı təbrik edir, “Qarbağa”da uğurlar arzulayıram”.

Leave a comment

SabailFC © 2021. All Rights Reserved.