Nikolas Raysel: “Sözsüz ki, onların dəstəyi bizi daha böyük uğurlara aparacaq”

“Səbail” Peşəkar Futbol Klubunun heyətinə yeni qatılan hücumçu Nikolas Raysel iki il sonra “ASCO Arena”da azarkeşlərin iştirakı ilə keçiriləcək ilk matç barədə fikirlərini açıqlayıb.

“Azərbaycan Premyer Liqasını artıq bilirəm. “Qəbələ”nin heyətində “Səbail”ə qarşı oyunlar keçirmişəm. Keçən mövsüm “Səbail” maraqlı oyun nümayiş etdirdi. Sadəcə bir çox hallarda bəxti gətirmədi. Lakin indi çox şadam ki, bu mövsüm “Səbail”in uğurları üçün çalışacağam.

Biz artıq azarkeşləri stadionlarda görəcəyimiz üçün çox sevincliyik. “Səbail” hazırda güclü komanda formalaşdırıb və formalaşdırmaqda da davam edir. Azakeşlərin dəstəyi isə komandaya həmişə lazımdır. Sözsüz ki, onların dəstəyi bizi daha böyük uğurlara aparacaq”.

Qeyd edək ki, sentyabrın 12-si “ASCO Arena”da baş tutacaq “Səbail”-“Sumqayıt” qarşılaşması saat 18:00-da start götürəcək.

Leave a comment

SabailFC © 2021. All Rights Reserved.