Yeni partnyor – “Fitogether”

“Səbail” Peşəkar Futbol Klubu “Fitogether” şirkəti ilə tərəfdaşlıq müqaviləsi imzalayıb.  Anlaşmaya əsasən, elektron performans izləmə sistemlərinin (EPTS ) istehsalı ilə məşğul olan şirkət ilə bağlanan müqavilənin müddəti 1 ildir.

“Fitogether” şirkətinin “OhCoach” sistemi FIFA “Keyfiyyət sertifikatı” proqramında dəqiqliyi və dözümlülüyü ilə yüksək qiymət alıb. Sistem həmçinin, “Beynalxalq oyun standartları sertifikatı”na (IMS) sahibdir. “OhCoach” sistemi oyunçuların hazırlığının izlənilməsi,  performanslarının qiymətləndirilməsi və faktiki analizlərin dəyərləndirilməsini özündə birləşdirir.

Leave a comment

SabailFC © 2021. All Rights Reserved.