“Səbail” PFK mövsümün ilk oyununda “Sabah” üzərində qələbə qazandı – FOTO

Premyer Liqanın 2021/2022-ci illər mövsümünün I turunda “Səbail” “Sabah”ın qonağı olub. Bu mövsüm 1992-ci ildən keçirilən ölkə çempionatları tarixində 30-cu yubiley mövsümü olacaq. “Bank Respublika Arena”da baş tutan görüş “Səbail”in 0:1 hesablı qələbəsi ilə başa çatıb. Mövsümün ilk qolunu 31-ci dəqiqədə albaniyalı müdafiəçi Yurgen Qoxa vurub.

“Səbail”: 1. Kamran Ağayev, 14. Rahid Əmirquliyev (k), 3. Turan Manafov, 11. Rauf Əliyev, 22. Əfran İsmayılov, 6. Cabir Əmirli, 21. Məhəmməd Mirzəbəyov, 33. Domantas Şimkus, 34. Yurqen Qoxa, 30. Camal Araqo, 77. Ədilxan Qarəhmədov

Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 12. Şahin Zəkiyev, 7. Mirsayib Abbasov, 10. Cavid Tağıyev, 19. Ruslan Hacıyev, 88. Elmir Tağıyev, 20. Orxan Fərəcov. 44. Şamil Cəfərov

Leave a comment

SabailFC © 2021. All Rights Reserved.