Aftandil Hacıyev: “İlk yarıda buraxdığımız qollar oyunun taleyini həll etdi”

“Səbail” PFK-nın baş məşqçisi Aftandil Hacıyev Premyer Liqanın II turu çərçivəsində baş tutan “Qarabağ”-“Səbail” (3:0) oyun sonrası mətbuat konfransında fikirlərini açıqlayıb.

“Qarabağ”ı təbrik edir və Konfrans Liqası oyununda uğurlar arzulayıram. Matçla bağlı düşüncələrimiz var idi. Bəzi fikirlərimiz alındı, bəziləri isə yox. “Qarabağ”ın ustalıq səviyyəsi və ani diqqətsizlikdən istifadə bacarığı özünü göstərdi. İlk yarıda buraxdığımız qollar oyunun taleyini həll etdi. Amma yaxaladığımız qol epizodları da var idi. Bu gün ustalıq səviyyəsi daha güclü olan komanda qalib gəldi.

Bugünkü oyun komanda üçün ağır keçdi. Az hallarda ot üzü görən futbolçuların tez yorulması gözlənilən idi. İnanıram ki, oyunumuzu daha da yaxşılaşdırıb xallar qazanacağıq. Fasilə yaranır, çempionata daha yaxşı hazırlaşmaq üçün 3 həftə vaxtımız olacaq”.

Leave a comment

SabailFC © 2021. All Rights Reserved.