Aftandil Hacıyev: “Futbolçularımı təbrik edirəm, tapşırıqları düzgün yerinə yetirməyə çalışdılar”

“Səbail” PFK-nın baş məşqçisi Aftandil Hacıyev Premyer Liqanın I turu çərçivəsində baş tutan “Sabah”-“Səbail” (0:1) oyun sonrası mətbuat konfransında fikirlərini açıqlayıb.

“İlk oyunlar hər zaman həyəcanlı keçir. Bu gün çox maraqlı qarşılaşma alındı. “Sabah”la səfər matçının ağır olacağını bilirdik.

Bu həftə yeni oyunçular cəlb olundu. Heyətdə komplektləşmə hələ tam bitməyib. Futbolçularımı təbrik edirəm, verdiyim tapşırıqları düzgün yerinə yetirməyə çalışdılar. Növbəti tur yenə səfər oyunudur və  “Qarabağ”la qarşılaşacağıq.  Bu oyunu unudub, növbəti matça köklənməliyik”.

Leave a comment

SabailFC © 2021. All Rights Reserved.