Növbəti mövsümə hazırlığı Gürcüstanda davam edən “Səbail” PFK ilk yoxlama oyununu keçirib. Komandamız Digomi Olimpiya İdman Mərkəzində “Şevardeni” komandası ilə qarşılaşıb. Oyun 1:1 hesabı ilə yekunlaşıb. Rauf Əliyev 78-ci dəqiqədə fərqlənərək hesabı bərabərləşdirib.
Qeyd edək ki, “Səbail” 29.07.2021-ci il tarixində “Lokomotiv Tbilisi”, 01.08.2021-ci il tarixində isə “Saburtalo” ilə qarşılaşacaq.