“Səbail”-“Qarabağ-2” bərabərə qaldı

1 İyul tarixindən təlim-məşq toplanışına start verən “Səbail” PFK ikinci yoxlama görüşünü keçirib. “Qarabağ-2” ilə Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında qarşılaşan komandamız sülh bağlayıb. Oyun 0:0 hesabı ilə yekunlaşıb.

Qeyd edək ki, “Səbail” təlim-məşq toplanışı çərçivəsində üçüncü yoxlama görüşündə “Qəbələ” komandası ilə qarşılaşacaq.

Leave a comment

SabailFC © 2021. All Rights Reserved.