“Səbail” PFK-nın 2021/2022-ci illər mövsümünə hazırlıq planı müəyyənləşib. Komandamız iyulun 1-dən çalışmalara start verib. Hazırlığın ilk mərhələsi iyulun 1-dən 22-dək Bakıda baş tutacaq. “Səbail” bu müddətdə üç yoxlama oyunu keçirməyi planlaşdırır. “Keşlə”, “Qarabağ-2” və “Qəbələ” komandaları ilə ardıcıl olaraq qarşılaşacaq.
Taktiki və texniki çalışmalardan ibarət təlim-məşq toplanışının ikinci mərhələsi isə iyulun 23-dən avqustun 2-dək Gürcüstan Respublikasının Tbilisi şəhərində baş tutacaq. Burada da üç yoldaşlıq görüşünün keçirilməsi planlaşdırılır. Rəqiblər haqda daha sonra ətraflı məlumat veriləcək.