“Səbail” Peşəkar Futbol Klubu 1 İyul tarixindən təlim-məşq toplanışına start verib. Toplanışın birinci mərhələsi Bakıda baş tutacaq. Bu müddət ərzində iki yoxlama görüşü keçirməyi planlaşdıran komandamızın ilk oyunda “Keşlə” ilə qarşılaşacaq.
Qeyd edək ki, “Keşlə”-“Səbail” yoldaşlıq oyunu 9 İyul tarixində saat 18:30-da Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında baş tutacaq.