“Səbail” Gürcüstanda ilk yoxlama oyununu keçirəcək

“Səbail” Peşəkar Futbol Klubu növbəti mövsümə hazırlığı Gürcüstanda davam etdirir. Toplanışın ikinci mərhələsində Tbilisi şəhərində məskunlaşan komandamız burada üç yoldaşlıq oyunu keçirəcək. Bu gün ilk yoxlama oyununda “Şevardeni” komandası ilə qarşılaşacaq.

Qeyd edək ki, “Səbail”-“Şevardeni” yoldaşlıq oyunu 25 İyul tarixində saat 18:00-da Digomi Olimpiya İdman Mərkəzində baş tutacaq.

Leave a comment

SabailFC © 2021. All Rights Reserved.