“Səbail” heyətinə yeni güc qatıb. Yarımmüdafiəçi Elşən Abdullayev ilə 1+1 formatında müqavilə imzalanıb. 27 yaşlı futbolçu komandamızın heyətində 8 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, 2021/2022-ci il mövsümündə “Səbail”in uğurları üçün çalışacaq yarımmüdafiəçinin son klubu “Sabah” olub.