Azərbaycan milli mətbuatının yaranmasından 146 il ötür

Bu gün Azərbaycanda milli mətbuatın yaranması günüdür.

146 il öncə – 1875-ci il iyulun 22-də dövrünün maarifçilik hərəkatının görkəmli nümayəndələrindən olan Həsən bəy Zərdabinin “Əkinçi” qəzetini nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyulub. Qəzetin nəşrə başladığı gün Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur.

“Əkinçi” Azərbaycan dilində əsl milli demokratik və xalq mətbuatının ilk təməl daşını qoyub. 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 nömrəsi çıxsa da, qəzet millətin aynası olub, Azərbaycan jurnalistikasının bayraqdarına çevrilib. 1998-ci ilin avqustunda senzuranın ləğvi isə Azərbaycanda mətbuatın inkişafına ciddi təkan verib.

“Səbail” PFK media nümayəndələrini təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayır! Bayramınız mübarək!

Leave a comment

SabailFC © 2021. All Rights Reserved.