1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Bibiheybət” Gəmi Təmiri Zavodunun (BGTZ) əməkdaşlarının övladları arasında futbol yarışı keçirilib.
BGTZ-nin idman meydançasında təşkil olunan yarışın əsas məqsədi uşaqlar arasında sağlam həyat tərzini təbliğ etməkdən ibarət olub.
Oyunun sonunda bütün uşaqlara ASCO və “Səbail” Futbol Klubunun adından hədiyyələr təqdim olunub.