“Səbail” mövsümün ilk transferini rəsmiləşdirib. Müdafiəçi Şəhriyar Rəhimov ilə 2 il müddətinə müqavilə bağlanıb. 32 yaşlı futbolçu komandamızın heyətində 13 nömrəli formanı geyinəcək.
Şəhriyar Rəhimov 2018-2020-ci illərdə “dənizçilər”in heyətində çıxış edib. Sonuncu klubu “Zirə” (2020/2021) olan müdafiəçi bir illik fasilədən sonra yenidən “Səbail”in uğurları üçün çalışacaq.