“Səbail” PFK baş məşqçi ilə müqaviləni yenilədi

“Səbail” PFK baş məşqçi Aftandil Hacıyev ilə müqavilənin müddətini uzadıb. Müşahidə Şurasının bu gün keçirilən iclasında Hacıyevin baş məşqçi postuna namizədliyi təsdiqlənib. Təcrübəli mütəxəssislə 1+1 sistemi ilə müqavilə imzalanıb.

Qeyd edək ki, Hacıyevin 2018-ci ildən komandanı çalışdırır. Onun rəhbərliyi altında komanda 2018/19-cu illər mövsümündə Azərbaycan Premyer Liqasında bürünc medal qazanıb və UEFA Avropa Liqasının təsnifat mərhələsinin oyunlarına vəsiqə qazanıb.

Leave a comment

SabailFC © 2021. All Rights Reserved.