Ramazan Bayramınız Mübarək!

Hörmətli xanımlar və cənablar,

“Səbail” PFK Sizi müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərini yetirir.

Müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu mübarək Ramazan ayı mənəviyyatı möhkəmləndirən, müsəlmanlar arasında dini-mənəvi birlik duyğusunu gücləndirən, hər bir şəxsin daxili kamilliyinin formalaşmasına xidmət edən aylardan biridir. Bu bayram insanları savab əməllərə dəvət edir, onları yer üzündə sülhün, əmin-amanlığın və qardaşlığın bərqərar olması naminə birgə səylər göstərməyə çağırır.

Bu əziz bayram günlərində sizi bir daha təbrik edirik, hər birinizə firavanlıq, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bərəkət arzulayırıq.

Ramazan Bayramınız Mübarək!

Leave a comment

SabailFC © 2021. All Rights Reserved.