Media nümayəndələrinin nəzərinə

Sabah 11:30-da “Səbail” PFK-nın Müşahidə Şurasının iclası keçiriləcək. İclasda klubun 2021/22-ci illər mövsümü üçün strategiyası müzakirə olunacaq.

Saat 13:30-da isə mətbuat konfransı keçiriləcək. Konfransda iştirak etmək üçün akkreditasiya almaq istəyən KİV nümayəndələri saat 13:00-dək qeydiyyatdan keçməlidirlər. Bunun üçün klubun rəsmi elektron ünvanına (info@sabailfc.az) aşağıda qeyd olunan məlumatı göndərməyiniz xahiş olunur:
1. KİV nümayəndəsinin adı, soyadı, atasının adı
2. Təmsil etdiyi KİV
3. Vəzifəsi
4. Şəxsiyyət vəsiqəsinin surəti
və ya klubun Mətbuat Katibi ilə əlaqə saxlamağınız rica olunur.

Qeyd edək ki, COVID-19 pandemiyası ilə əlaqədar olaraq mətbuat konfransı video görüntü formatında keçiriləcək. Video görüntüyə qoşulmaq üçün müvafiq məlumat akkreditasiyadan keçmiş KİV nümayəndələrinə göndəriləcək.

Leave a comment

SabailFC © 2021. All Rights Reserved.