Aftandil Hacıyev: “Oyunçulara sərf etdikləri gücə görə təşəkkür edirəm”

“Səbail” PFK-nın baş məşqçisi Aftandil Hacıyev Premyer Liqanın XXVI turu çərçivəsində baş tutan “Səbail”-“Neftçi” (0:4) oyun sonrası mətbuat konfransında fikirlərini açıqlayıb.

“Çempionatın sonuna yaxınlaşırıq. Oyunlar getdikcə daha da gərgin keçir. Düşünürəm ki, psixoloji vəziyyətdə daha güclü olan komanda qalib gəldi. Bu günə qədər çətinliklə gəlib çıxmışıq. Oyunçulara sərf etdikləri gücə görə təşəkkür edirəm. Rəqib qələbəyə layiq idi. Onları təbrik edirəm!”

Leave a comment

SabailFC © 2021. All Rights Reserved.