Aftandil Hacıyev: “Gələcək haqda düşünəcəyik”

“Səbail” PFK-nın baş məşqçisi Aftandil Hacıyev Premyer Liqanın sonuncu- XXVIII turu çərçivəsində baş tutan “Səbail”-“Sumqayıt ” (0:1) oyun sonrası mətbuat konfransında fikirlərini açıqlayıb.

“Bu gün gərgin oyun keçdi. Ümumiyyətlə, mövsüm gərgin keçdi. Hər tur komandalar daha istəkli görünürdü. Çempionat ərzində bir çox çətinliklə üzləşdik, bunu hər kəs bilir. Çox ağır çempionat oldu, amma bugün hər bir futbolçuma təşəkkür etdim. Birlikdə bugünə qədər gəlib çıxmağı bacardıq. Nəticə istədiyimiz kimi olmasa da, azarkeşlər çempionat ərzində oyunumuz haqda müsbət fikir söyləyə bilərlər. Heyətimiz geniş olmasa da sağlam şəkildə bütün oyunları oynayıb mövsümü başa vurduq.

“Sumqayıt”ı qələbə münasibətilə təbrik edirəm. Çempionatın stabil oynayan komandalarından biridir. Kubokun finalında uğurlar arzulayıram! Biz isə çıxışımıza son qoyub, gələcək haqda düşünəcəyik”.

Leave a comment

SabailFC © 2021. All Rights Reserved.