Aftandil Hacıyev: “ Çalışacağıq ki, son oyunda istədiyimiz nəticəni əldə edək”

“Səbail” PFK-nın baş məşqçisi Aftandil Hacıyev Premyer Liqanın XXVII turu çərçivəsində baş tutan “Zirə”-“Səbail” (2:0) oyun sonrası mətbuat konfransında fikirlərini açıqlayıb.

“İlk hissədə yaxşı qol imkanlarımız oldu. Daha çox hücumda ola bilirdik. İkinci yarıya rəqib daha yaxşı başladı və hesabı açdı. Qoldan sonra “Zirə” daha çox qapandı. Rəqibin müdafiəsini yarmaq çətin idi.

Standart vəziyyətdən qol buraxmaq komandanın yaralı yeridir. Hər oyunda bu baxımdan əziyyət çəkirik. Rəqibi təbrik edirəm, çox diqqətli oynadılar. İmkan vermədilər ki, fərqi azaldaq. Çempionatda rəqabət yüksək səviyyədədir. Hər oyun epizodlar yaxalaya bilirik. Rəşad Sadıqovun ilk ilində medallar uğrunda oynaması təqdirəlayiqdir. Çalışacağıq ki, son oyunda istədiyimiz nəticəni əldə edək”.

Leave a comment

SabailFC © 2021. All Rights Reserved.