Aftandil Hacıyev: “Başladığımız işin davamını gətirmək istəyirəm”

İclasda Aftandil Hacıyevin baş məşqçi postuna namizədliyi təsdiqlənib. Təcrübəli mütəxəssis ilə 1+1 sistemi ilə müqavilə imzalanıb.

Davamında COVID-19 pandemiyası ilə əlaqədar “Zoom” proqramı vasitəsilə baş məşqçinin mətbuat konfransı baş tutub. Baş məşqçi jurnalistlərin suallarına keçid etmədən öncə fikirlərini açıqlayıb.

“Çempionatın sona çatması münasibətilə hamını təbrik edirəm. Avrokuboklara vəsiqə qazanan və ölkə kubokunun finalına yüksələn komandalara uğurlar arzulayıram. Rəhbərliklə bu gün görüşüm oldu. Bu təklif əvvəldən mənə olmuşdu. Növbəti mövsüm əməkdaşlığı davam etdirəcəyimiz yönündə razılaşdıq. Artıq üç ildir işbirliyimiz müəyyən səviyyəyə gətirib çatdırmışıq. Başladığımız işin davamını gətirmək istəyirəm. Çətin və məsuliyyətli iş həvalə olunub. Mənə etimad göstərən rəhbərliyə təşəkkür edirəm”.

Leave a comment

SabailFC © 2021. All Rights Reserved.