Zeynəddin Abdurahmanov: “İlk peşəkar müqavilə hər bir futbolçu üçün çox önəmlidir”

“Səbail” Futbol Akademiyasının yetirməsi olan 18 yaşlı yarımmüdafiəçi Zeynəddin Abdurahmanov ilk peşəkar müqaviləsini imzalayaraq əsas komandaya keçməsi münasibətilə fikirlərini bildirib.

“İlk peşəkar müqavilə hər bir futbolçu üçün çox önəmlidir. Klubun yetirməsi olaraq, əsas komanda ilə müqavilə imzalamaq böyük şərəfdir. Əsas məqsədlərimdən biri də bu idi. Milli komandamızda oynamaq və xarici ölkələrdə fəaliyyətimə davam etmək də məqsədlərim arasındadır.

İlk olaraq, klub rəhbərliyinə və başda Ruslan müəllim olmaqla mənim üzərimdə əziyyəti olan Səbuhi və Yaşar müəllimə təşəkkürümü bildirirəm. Onların da, özümün də əziyyəti yerdə qalmadı və peşəkar müqaviləyə imza atdım. Aftandil müəllim kimi peşəkar məşqçi ilə yola davam edəcəyimə görə özümü çox şanslı hiss edirəm”.

Qeyd edək ki, gənc yarımmüdafiəçi “Dənizçilər” ilə 3 illik müqaviləyə imza atıb.

Leave a comment

SabailFC © 2021. All Rights Reserved.