“Səbail” PFK Azərbaycan U-19 milli komandası ilə yoldaşlıq oyunu keçirib – FOTO

Bu gün “Səbail” Peşəkar Futbol Klubunun əsas komandası və akademiyasından ibarət futbolçular qarışıq heyətlə, Azərbaycan U-19 milli komandasına qarşı yoldaşlıq oyunu keçirib. “ASCO Arena”da baş tutan görüş “dənizçilər”in 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək 25-ci dəqiqədə Amil Yunanov hesabı açıb. Mirsayib Abbasov 30-cu dəqiqədə ikinci qola imza atıb. 60 və 75-ci dəqiqələrdə fərqlənən Amil Yunanov hesabı dördə çatdıraraq, het-trik müəllifi olub.

Leave a comment

SabailFC © 2021. All Rights Reserved.