“Səbail” PFK-nın baş məşqçisi Aftandil Hacıyev Premyer Liqanın XXII turu çərçivəsində baş tutan “Sabah”-“Səbail” (0:0) oyun sonrası mətbuat konfransında fikirlərini açıqlayıb.
“Həqiqətən bu gün “Sabah”ın oyununda böyük dəyişiklik gördük. Əvvəlki komandadan çox fərqlilik hiss etdik. Ramin müəllimin işi görünür. Biz də 1-2 epizodda qol vura bilərdik.
Rəqib ikinci yarıda daha çox təzyiq etdi və bir neçə qol imkanı yaxaladı. Meydanı 1 xalla tərk etdik. Bu, yaxşı oldu. Rəqiblərlə müqayisədə bizdə heyət baxımından kasadlıq var. Futbolçular sona qədər mübarizə apardılar. Hər oyun bizim üçün bir imtahandır. Bugünkü nəticəni qənaətbəxş hesab etmək olar”.