Aftandil Hacıyev: “Təəssüf ki, son nöqtəni qoya bilmədik”

“Səbail” PFK-nın baş məşqçisi Aftandil Hacıyev Premyer Liqanın XXI turu çərçivəsində baş tutan “Səbail”-“Zirə” (0:0) oyun sonrası mətbuat konfransında fikirlərini açıqlayıb.

“Fasilədən sonra bilirdik ki, çempionata köklənmək futbolçulara çətin olacaq. Bu gün bir sıra oyunçumuz müxtəlif səbəblərdən matçda iştirak edə bilmirdi. Hendrik Ekşteyn, Əfran İsmayılov və Ruslan Hacıyevin yoxluğunu daha çox hiss edirdik.

Rəqib fərqli sistemlərlə oynayırdı. İlk 20-25 dəqiqədən sonra rəqibin oyununa öyrəşdik. Amma qonaqlar ilk yarıda daha üstün idilər. Fasilədən sonra qol epizodlarımız artdı. Təəssüf ki, son nöqtəni qoya bilmədik. Ümumən futbolçularımın oyunundan və işə yanaşmasından razı qaldım. Bu il fərqli “Zirə” görürük. Hesab edirəm ki, 1 xal qazandıq”.

Leave a comment

SabailFC © 2021. All Rights Reserved.