Aftandil Hacıyev: “Hər xal bizim üçün çox önəmlidir”

“Səbail” PFK-nın baş məşqçisi Aftandil Hacıyev Premyer Liqanın XXIII turu çərçivəsində baş tutan “Səbail”-“Qarabağ” (1:1) oyun sonrası mətbuat konfransında fikirlərini açıqlayıb.

“Ağır oyun oldu. Xal qazanacağımıza inanırdıq. Son matçlarda əzmkarlıqla seçilirdik. İlk hissədə hesabda önə keçsək də qoruyub, saxlaya bilmədik. İkinci hissədə də futbolçularımın sonadək mübarizə aparmaqlarını kənardan seyr etmək xoş idi.

Bu gün qızıl xal qazandıq. Hər xal bizim üçün çox önəmlidir. Bu gün görüşdə iki 90 dəqiqənin gücünü sərf etdik. Futbolçularımı təbrik edirəm! Rəqib komandaya da növbəti oyunlarda uğurlar arzulayıram!

Leave a comment

SabailFC © 2021. All Rights Reserved.