Aftandil Hacıyev: “Bu gün meydanda yalnız qol çatışmırdı”

“Səbail” PFK-nın baş məşqçisi Aftandil Hacıyev Premyer Liqanın XXIV turu çərçivəsində baş tutan “Keşlə”-“Səbail” (1:0) oyun sonrası mətbuat konfransında fikirlərini açıqlayıb.

“Oyun haqqında çox fikir bildirmək istəmirəm. Bu gün futbolçuların çıxışı qənaətbəxş idi. Nəticə ürəyimizcə olmasa da, ilk 10 – 15 dəqiqəni çıxmaq şərti ilə qalan vaxt meydanda dominantlıq edən tərəf biz idik.

Sonuncu dəfə bu qədər qol epizodu nə vaxt yaxalamışıq xatırlamıram. Ələ düşən fürsətləri qola çevirə bilmədik. Düşünürəm ki, bu günədək bir oyunda bu qədər qol epizodu olmayıb. Bu futbolçularla bura qədər birlikdə gəlmişik. Çətin günlərdə və vaxtlarda birlikdə olmuşuq. İndi də düşdüyümüz bu durumdan çıxmağa çalışacağıq. Bu psixologiya ilə oyuna çıxmaq futbolçular üçün çətindir. Bu gün meydanda yalnız qol çatışmırdı. Bu oyuna görə futbolçulara təşəkkür edir, rəqibə isə uğurlar arzulayıram”.

Leave a comment

SabailFC © 2021. All Rights Reserved.