“Səbail”in əsas komandası ilə akademiyasının futbolçuları yoldaşlıq oyunu keçirib

Bu gün “ASCO Arena”da əsas komanda ilə “Səbail” Futbol Akademiyasından cəlb olunmuş futbolçular qarışıq heyətlər ilə yoldaşlıq oyunu keçirib. Oyun 3:3 hesabı ilə başa çatıb!

Oyunda Luka İmnadze, Mirsayib Abbasov, Turan Manafov, Ruslan Hacıyev, Adil Nağıyev və Florian Kadriu vurduqları qollar ilə fərqlənib.

Akademiyamızdan Arif Məmmədov, Ayxan Bədizadə, Zeynəddin Abdurahmanov, Elcan Məmmədov və Əli Əlizadə əsas komanda ilə məşqlərə cəlb olunublar.

Bu cür təcrübəli oyunçulara qarşı mübarizə aparmaq gənc “dənizçilər” üçün böyük uğurdur!

 

Leave a comment

SabailFC © 2021. All Rights Reserved.